Menyu

Pakistanda yağışlar 100-dən çox insanın həyatına son qoyub

Operativ Media
Pakistanda yağışlar 100-dən çox insanın həyatına son qoyub

Pakistanda güclü yağışlar nəticəsində azı 109 nəfər ölüb, 362 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

Bildirilib ki, daşqınlar nəticəsində 800-ə yaxın yaşayış binasına ziyan dəyib, onlardan 200-dən çoxu tamamilə dağılıb.

İyunun sonundan etibarən ölkə üzrə 148 xilasetmə əməliyyatı keçirilib və 4 minə yaxın insan təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edək ki, Pakistanda musson mövsümü hər il iyundan sentyabradək davam edir.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər