Menyu

ABŞ və İran Qırmızı dənizdəki vəziyyəti gizli danışıqlarda müzakirə edir

Operativ Media
ABŞ və İran Qırmızı dənizdəki vəziyyəti gizli danışıqlarda müzakirə edir

Birləşmiş Ştatlar və İran qapalı təmasların gündəliyini genişləndirərək Bab əl-Məndəb boğazı ilə Qırmızı dənizdəki vəziyyətin müzakirəsini prosesə daxil ediblər.

​Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "The National" qəzeti Pakistandakı mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, pərdəarxası aparılan mesaj mübadiləsinin növbəti raundu sırf Hürmüz və Bab əl-Məndəb boğazlarındakı təhlükəsizlik məsələlərinə həsr olunub. Vaşinqton hər iki akvatoriyada gəmilərə hücumların dayandırılması üçün həll yolu axtarır, Tehran isə bunun müqabilində neft satışı və sanksiyaların mərhələli şəkildə yumşaldılmasını nəzərdə tutan iyun memorandumundakı güzəştlərin icrasını tələb edir. Ənsar Allah hüsilərinin Səudiyyə Ərəbistanına dəniz blokadası elan etməsindən sonra Bab əl-Məndəb boğazında gəmiçilik 56 faiz azalıb.

​Mənbə qeyd edib ki, Ötən ilin sentyabrında ər-Riyadla imzalanmış qarşılıqlı müdafiə müqaviləsinə əsasən, İslamabadın bu prosesdəki rolu vasitəçilik çərçivəsini aşıb. Səudiyyə Ərəbistanı müraciət edəcəyi təqdirdə, Pakistan Krallığın maraqlarını qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərmək məcburiyyətində qala bilər.

​İyulun 20-də hüsilərin hərbi nümayəndəsi Yəhya Saria Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edildiyini açıqlayıb. Cavab olaraq, Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyası iyulun 21-də ticarət gəmilərinin mühafizəsi tədbirlərinə başladığını bəyan edib. İyulun 25-də isə qiyamçılar Cizan və Yanbu liman şəhərlərində "Saudi Aramco" şirkətinin obyektlərinə raket və dronlarla zərbələr endirdiklərini bildiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər