AP: ABŞ ordusu Trampı tükənmiş sursat ehtiyatları barədə xəbərdar edib
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ölkə Prezidenti Donald Trampa raket ehtiyatlarının hazırkı vəziyyətinin Vaşinqtonun Tehrana qarşı gərginliyi artırmaq imkanlarını məhdudlaşdırdığını şəxsən bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, sursat çatışmazlığı barədə məlumat dövlət başçısına İrana qarşı mübarizə və hərbi əməliyyatların davam etdirilməsi üzrə müxtəlif ssenarilərlə birgə təqdim olunub.
Daha əvvəl Donald Tramp Hava Hücumundan Müdafiə (HHM) raketləri də daxil olmaqla, sursat yetərsizliyinin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunmamasında əsas səbəblərdən biri olması ilə bağlı xəbərləri təkzib edib.
İyulun 25-də "The New York Times" qəzetinin yaydığı məlumatda isə ABŞ liderinin raket ehtiyatları ilə bağlı narahatlıqlar ucbatından İrana qarşı hərbi addımları təxirə saldığı iddia olunub. Nəşrin yazdığına görə, Den Keyn ölkə rəhbərliyinə komandanlığın İrana qarşı irimiqyaslı əməliyyatları bərpa edə biləcəyini, lakin bu halda zərərsizləşdirici raket ehtiyatlarının sürətlə tükənə biləcəyini diqqətə çatdırıb.