U-17 dünya çempionatı: İsfahan Həsənov 1/4 final mərhələsinə yüksəldi - YENİLƏNİB
Operativ Media
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov (80 kq) Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/8 final mərhələsində polşalı Şimon Stanislav Trederə son xal prinsipinə əsasən (*1:1) qalib gəlib.
***
12:39
Bakıda güləş üzrə U-17 dünya çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov 80 kq çəki dərəcəsində ilk görüşünə çıxıb. O, xorvatiyalı Toma Yelensə 6:0 qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net