Menyu

İsrail Qəzzaya hava zərbəsi endirib

Operativ Media
İsrail Qəzzaya hava zərbəsi endirib

İsrail ordusunun Qəzza zolağının mərkəzində avtomobilə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın iki yüksək rütbəli zabitləri həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Fələstin mənbələri və İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində HƏMAS-ın Deyr əl-Bələh bölgəsində daxili təhlükəsizlik xidmətinin rəhbəri polkovnik Vail Musa əl-Lədavi və mayor Ramez Əbu Zərayq ölüb.

İsrail ordusu hücumun HƏMAS üzvünə qarşı həyata keçirildiyini təsdiqləsə də, əməliyyatın detalları barədə əlavə məlumat verməyib. Fələstin tərəfi isə hədəfə alınan şəxslərin təhlükəsizlik strukturlarında çalışdıqlarını bildirib.

Məlumata görə, İsrail son aylarda HƏMAS-ın təhlükəsizlik və polis strukturlarının üzvlərinə qarşı oxşar zərbələri davam etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər