Menyu

Hakan Fidan Qətər və Pakistan rəsmiləri ilə İran-ABŞ danışıqlarını müzakirə edib

Operativ Media
Hakan Fidan Qətər və Pakistan rəsmiləri ilə İran-ABŞ danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, həmçinin Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Asim Munirlə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən TRT Haber məlumat yayıb.

Məlumata görə, telefon danışıqları zamanı İran və ABŞ arasında davam edən danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda İranın danışıqların əvvəlcə Hörmüz boğazı ilə bağlı məsələləri, daha sonra dondurulmuş İran aktivlərinin blokdan çıxarılmasını və sonda nüvə proqramını əhatə etməsini təklif etdiyi bildirilirdi.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər