Qırğızıstan və Livan XİN rəhbərləri görüşüb
Şəfa Hüseynli
Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Livanın Xarici İşlər və Mühacirlər naziri Yusif Raci ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirərək, siyasi dialoqun dərinləşdirilməsində və iqtisadi, ticarət və humanitar əlaqələrin genişləndirilməsində qarşılıqlı maraqlarını vurğulayıblar.
Bundan əlavə, tərəflər beynəlxalq strukturlarda, ilk növbədə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net