Salyanda 5 kq narkotik vasitə aşkarlanıb
Operativ Media
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rauf Abuşov saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Operativ Media-ya verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkarlanaraq götürülüb.
R.Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net