Nepalda sərnişin daşıyan avtobus çaya düşüb, ölənlər var
Şəfa Hüseynli
Nepalın mərkəzində sərnişin avtobusu çaya düşüb, nəticədə 18 nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, 35-dən çox sərnişin daşıyan avtobus Pokharadan Katmanduya gedirmiş. Trişuli çayına düşmə səbəbi hazırda məlum deyil.
Dhading Rayon Yol Polisi Şöbəsinin rəisi Şişir Thapa bildirib ki, ölənlərin sayı 18 nəfərə çatıb. Yaralılardan iyirmi beşi xəstəxanaya aparılıb.
Nepal hərbçiləri, polis və yerli sakinlərin iştirakı ilə xilasetmə əməliyyatı başlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net