Menyu

Bakıda çalışdıqları şirkətin anbarından 10 min manatlıq oğurluq edən şəxslər tutulub

Operativ Media
Bakıda çalışdıqları şirkətin anbarından 10 min manatlıq oğurluq edən şəxslər tutulub

Paytaxtın Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər