Menyu

Naftalanda yaşayış evində kişi meyiti tapılıb

Operativ Media
Naftalanda yaşayış evində kişi meyiti tapılıb

Naftalanda yaşayış evində 54 yaşlı kişinin meyiti aşkarlanıb.

Operativ Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Bildirilib ki, Laçın rayon sakini, 1972-ci il təvəllüdlü R. Həsənovun meyiti Naftalanda yaşadığı evdə tapılıb. Ölümün səbəbi hələ məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər