Xaçmazda qanunsuz ağac kəsmə faktı ilə bağlı araşdırmalara başlanılıb
Operativ Media
Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində təbiətə vurulan zərərlə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Operativ Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində ağac kəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində meşəlik ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar yayılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net