Sumqayıtda zəncirvari qəza baş verib
Operativ Media
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net