Menyu

Zelenski Starmer ilə görüşüb

Operativ Media
Zelenski Starmer ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş Naziri Kir Starmer ilə görüş keçirib.

Operativ Media Media xəbər verir ki, o bu barədə "Telegram" kanalında məlumat verib.

Görüş zamanı tərəflər diplomatik əməkdaşlığın gələcək addımlarını, həmçinin Ukraynada ədalətli bərpa və təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Zelenskinin bildirdiyinə görə, liderlər yaxın zamanda baş tutacaq zirvə görüşünün detalları üzrə razılaşmalar aparıblar.

Prezident qeyd edib ki, təhlükəsizlik məsələləri üzrə müşavirlər də fəal işləyir və bu gün Avropadan 18 iştirakçı birgə fəaliyyət göstərir.

Həmçinin, ABŞ tərəfi ilə koordinasiya davam edir.

Ukrayna lideri həmçinin "Çelsi" klubunun satışından əldə olunan 2,5 milyard funt sterlinqin dondurulmuş vəsaitlərinin ədalətli istifadəsi məsələsini Starmer ilə müzakirə edib.

O bildirib ki, bu vəsaitlər Ukraynada insanların həyatını qorumaq və ölkənin bərpasına kömək etmək üçün istifadə olunmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər