Menyu

Özbəkistan Prezidenti Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını tarixi qərar adlandırıb

Operativ Media
Özbəkistan Prezidenti Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını tarixi qərar adlandırıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri formatına tamhüquqlu üzv kimi qəbul edilməsi tarixi əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, o bu barədə parlamentə və xalqa müraciətində bildirib.

"Daşkənddə region dövlət başçılarının məsləhətləşmə görüşü zamanı inteqrasiya proseslərini keyfiyyətcə yeni səviyyəyə çıxarmaq məqsədilə Mərkəzi Asiya birliyinin strateji formatının yaradılması təşəbbüsü irəli sürülüb. Azərbaycanın Mərkəzi Asiya formatına tamhüquqlu üzv kimi qəbul edilməsi qərarı tarixi əhəmiyyət daşıyır", - Ş.Mirziyoyev bildirib.

Onun sözlərinə görə, bu addım Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji qarşılıqlı əlaqə və sabitliyin güclənməsinə töhfə verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər