Menyu

Yoav Qallant: "İran azı 50 ölkə ilə silah satışı üzrə danışıqlar aparır"

Yoav Qallant: "İran azı 50 ölkə ilə silah satışı üzrə danışıqlar aparır"

İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib və Tehran hazırda dünyanın 50-dən çox ölkəsi ilə danışıqlar aparır.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

İsrailli nazir dünya ictimaiyyətini bununla bağlı Tehrana qarşı çıxmağa çağırıb.

"Bütün bunlar İrana qarşı raket embarqosu hələ də qüvvədə olduğu bir vaxtda baş verir, bu embarqonun müddəti bu il başa çatır. Vaxt qısalır, İran rejimi silah alveri ilə məşğuldur", - Qallant deyib.

Nazir bir daha vurğulayıb ki, İranın nüvə proqramına münasibətdə hər hansı çəkindirmə tədbirlərinin tətbiqi nəzərdən keçirilməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər