Menyu

İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib

Əziz Əzizli
İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib

İranın Qum şəhərində Pardisan yaşayış kompleksində güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Operativ Media İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Qum bələdiyyəsinin Yanğın Təhlükəsizliyi Xidmətindən bildirilib .

Məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

Bildirilib ki, hadisə yerinə xilasetmə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri cəlb edilb.

Qum şəhərinin Yanğın Xidmətinin məlumatına görə, Pardisanda yaşayış komplekslərindən birində partlayış yerində hələ ki ölən yoxdur. Hadisənin səbəbi araşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər