Menyu

"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi

Əziz Əzizli
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi

2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Operativ Media xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər