"Las Palmas"ın kapitanı Rodriges ikinci dəfə xərçəngə qalib gəlib
Əziz Əzizli
"Las Palmas"ın yarımmüdafiəçisi və kapitanı Quirian Rodriguez ikinci dəfə xərçəngə qalib gəlib.
Operativ Media xəbər verir ki, bu haqda İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Komanda futbolçunun qarşıdakı mövsüm öncəsi tibbi müayinədən keçdiyini və meydana qayıtmağa hazırlaşdığını bildirib.
2022-ci ilin avqustunda Rodrigesə limfa sisteminin bədxassəli xəstəliyi olan Hodgkin limfoması diaqnozu qoyulub. 2023-cü ilin yanvarında futbolçu xəstəliyə qalib gəldiyini və meydana qayıtdığını açıqlayıb.
2024-cü ilin fevralında məlum olub ki, yarımmüdafiəçiyə yenidən xərçəng diaqnozu qoyulub . 2024/25 mövsümündə 29 yaşlı Rodriges bütün turnirlərdə 22 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net