Menyu

Azərbaycanlı xilasedicilər dağıntılar altından kişi meyiti çıxarıb

Azərbaycanlı xilasedicilər dağıntılar altından kişi meyiti çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir kişi meyitini çıxarıb.

"Operativ Media" xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvari 8 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər