Türkiyənin Osmaniye bölgəsində dağıdılan binalarda aşkar edilən qüsurlarla bağlı daha 5 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Türkiyədə fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində Osmaniyedə dağılan və çoxlu sayda insanın ölümünə səbəb olan bina və yerlərdə aşkarlanan tikinti qüsurları ilə bağlı araşdırmalar davam edir.
"Operativ Media" xəbər verir ki, bu barədə Osmaniye Respublika Baş Prokurorluğunun məlumatına görə, ekspertizanın araşdırmaları nəticəsində daha 5 şübhəli yaxalanıb. Bununla da saxlanılanların sayı 9-a yüksəlib.
İstintaq çərçivəsində daha əvvəl 4 nəfər saxlanılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma