Səudiyyə Ərəbistanı Türkiyə və Suriya üçün 81 milyon dollar ianə edib
Redaksiya
Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Səidiyyə Ərəbistanında təşkil edilən yardım kampaniyasında təxminən 305 milyon riyal (81,2 milyon dollar) toplanıb.
"Operativ Media" xəbər verir ki,
Kral Salman Humanitar Yardım Mərkəzinə bağlı Sahem Platforması toplanan yardımlarla bağlı açıqlama verib.
Açıqlamada Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün başladılan kampaniyaya 1 milyon 4 min 913 nəfərin yardım etdiyi, indiyə qədər toplanan yardımın 304 milyon 885 min 77 riala (81,2 milyon dollar) çatdığı bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net