Ana səhifə / Siyasət / Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib 20.05.2025, 14:43 Əziz Əzizli İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Operativ Media-nın məlumatına görə, mətndə deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik. Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".