ABŞ Qəzza münaqişəsinin tərəflərinin razılığa yaxınlaşdıqlarını düşünür
Əziz Əzizli
Qəzza zolağında münaqişənin həlli üçün Qətərin paytaxtında dolayı danışıqlar aparan Fələstinin HƏMAS hərəkatı və İsrail tərəfi tədricən razılaşmaların bağlanmasına yaxınlaşır.
Operativ Media xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Adam Beyler deyib.
"Mən inanıram ki, Doha dialoqunun iştirakçıları razılığa gəlməyə getdikcə yaxınlaşırlar", - deyə o bildirib.
O əlavə edib ki, “Həmas təklif vermək istəsə və girovları azad etməyə hazırdırsa, biz buna həmişə açığıq”.