Moskva və Kiyevin razılığa gələ bilməyəcəyi təqdirdə ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh prosesində iştirakını dayandırmağa hazırdır.
Operativ Media xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens Romadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz nəticələr görmək istəyirik. Görmək istədiyimiz ilk vacib nəticə o idi ki, biz Rusiya və Ukraynanın danışıqlar masasına real sülh təklifi qoymasını istəyirdik", - o qeyd edib.