HƏMAS Ərəb Liqası ölkələrini İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Əziz Əzizli
Fələstinin HƏMAS hərəkatı Ərəb Liqasının Bağdadda keçirilən sammitinin iştirakçılarına müraciət edərək İsrailə qarşı sanksiyalar tətbiq olunmasını tələb edib.
Operativ Media xəbər verir ki, müvafiq bəyanat radikal qrupun Teleqram kanalında dərc olunub.
"Biz Ərəb Liqasını öz tarixi rolunu yerinə yetirməyə, İsrailin Qəzzaya qarşı təcavüzünü dayandırmaq və oradakı blokadanı aradan qaldırmaq üçün əməli addımlar atmağa çağırırıq. Eyni zamanda, ərəb ölkələrindən və beynəlxalq ictimaiyyətdən İsrailə dərhal sanksiyalar tətbiq etməyi tələb edirik", – bəyanatda qeyd olunub.
HƏMAS, həmçinin İsrail rəhbərliyinin üzvlərinin "müharibə cinayətkarı" kimi tanınmasını tələb edib. Qurumun fikrincə, hazırda Qəzzada yüzlərlə insan həlak olur və yaralanır.