Ərdoğan: Rusiya-Ukrayna danışıqları sülhə doğru bir addım kimi planlaşdırılırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar üçün zəmin hazırladığını və bu danışıqların davamlı sülhə doğru atılan addım olduğunu bildirib.
Operativ Media xəbər verir ki, o, bunu Albaniyadan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
"Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşü, 2022-ci il fevralın 24-də başlayan müharibəyə son qoyulması və regionda sülhün bərqərar olması baxımından son dərəcə vacibdir. Biz ilk gündən müharibəni dayandırmaq üçün intensiv səylər göstəririk. Bu danışıqlar bizim səylərimiz sayəsində planlaşdırılıb. Onlar Türkiyəyə son sülhün qapısını açacaq və nəticə etibarilə sülhün bərqərar olması üçün vacib bir addım kimi nəzərdə tutulub. Biz təkcə müharibənin dayandırılması üçün çağırış etmirik, həm də üsullar təklif edir, zəmin hazırlayırıq", - deyə Türkiyə prezidenti bildirib.