Menyu

"Neftçi" "Turan Tovuz"la oyuna itkilərlə çıxacaq

Əziz Əzizli
"Neftçi" "Turan Tovuz"la oyuna itkilərlə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 34-cü turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığını bitirib.

Operativ Media xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda Tovuza yola düşüblər.

“Neftçi”də Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.

Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər