Menyu

Avropa çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlandı

Əziz Əzizli
Avropa çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlandı

Avropa Gimnastikası (EG) Estoniyanın paytaxtı Tallində keçiriləcək bədii gimnastika üzrə qitə çempionatında iştirak edəcək komandaların heyətlərini dərc edib.

Operativ Media xəbər verir ki, Azərbaycan yarışda tam heyətlə təmsil olunacaq.

Böyüklər arasında fərdi yarışlarda Kamilla Seyidzadə, Gövhər İbrahimova və Zöhrə Cəfərova çıxış edəcəklər.

Qrup komandasında Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alacaqlar.

Həmçinin Nəzrin Abdullayeva, Röya Əlikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi, Nilufər Oruclu və Nəzrin Salmanlıdan ibarət yeniyetmələr qrupu da Tallinndə çıxış edəcək.

Qeyd edək ki, iyunun 4-8-də keçiriləcək Avropa çempionatında ümumilikdə 39 ölkədən gimnastlar mübarizə aparacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər