Menyu

Karlo Ançelotti "Real Madrid"dən ayrılacaq

Əziz Əzizli
Karlo Ançelotti "Real Madrid"dən ayrılacaq

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubdan ayrılacaq.

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb.

Məlumata görə, tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı şifahi razılığa gəliblər. 65 yaşlı italiyalının gedişi mayın 11-də "Barselona" ilə oyundan sonra açıqlana bilər.

Ançelotti daha əvvəl, mayın 25-dək klubdakı gələcəyini müzakirə etməyəcəyini demişdi.

34 turdan sonra "Real Madrid" La Liqanın turnir cədvəlində lider "Barselona"dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının 1/4 finalında da “Arsenal”a uduzub, İspaniya kubokunun finalında isə “Barselona”ya məğlubiyyətlə üzləşib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər