Azərbaycan çempionatında son 11 mövsümün rekordu qeydə alındı
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının 33-cü turunda 3 heç-heçə qeydə alınıb.
Operativ Media xəbər verir ki, “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.
Bununla da mövsüm ərzində qeydə alınan heç-heçələrin sayı 49-a çatıb. Bu, son 11 mövsümün rekordudur. Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/16 mövsümündəki göstərici üstələnib.
Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net