Menyu

Pakistan Türkiyəyə yardımı genişləndirəcək - YENİLƏNİB

Pakistan Türkiyəyə yardımı genişləndirəcək - YENİLƏNİB

Pakistanın Baş naziri Şahbaz Şərif ştatların baş nazirləri ilə görüşüb və onlardan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək vermələrini xahiş edib.

"Operativ Media" xəbər verir ki, Baş nazir bu barədə tviter hesabında yazıb.

“Bir az əvvəl ştatların baş nazirləri ilə görüşdüm və onlardan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək vermələrini xahiş etdim. Bu, əsrin ən böyük zəlzələsidir. İki dövlət, bir millət olaraq yaşayan biz türk qardaşlarımızın hər zaman yanında olacağıq”, - Baş nazir sosial şəbəkə hesabında yazıb.

21:40

"Pakistan bu çətin saatda Türkiyənin yanında olmağa davam edəcək".

"Operativ Media" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə qeyd edib.

“Hökumət Türkiyə üçün davam edən xilasetmə və yardım səylərini ölkə miqyasında kampaniyaya genişləndirmək qərarına gəlib. Biz biznes sektorunun, din alimlərinin və təhsil müəssisələrinin buraya cəlb edəcəyik", - nazir yazıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər