Ter Ştegen yaşıl meydanlara qayıdır
Əziz Əzizli
"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen komandanın La Liqanın 34-cü turunda "Valyadolid"ə qarşı keçirəcəyi oyunda start heyətində yer alacaq.
Operativ Media xəbər verir ki, bu barədə kataloniyalıların baş məşqçisi Hans-Diter Flik açıqlayıb.
Mayın 3-ü “Barselona” səfərdə “Valyadolid”lə qarşılaşacaq.
Flik mətbuat konfransında "Bəli, əlbəttə ki, Ter Ştegen sabah qayıdacaq", - deyə bildirib.
33 yaşlı alman dizindən aldığı zədəsini sağaldıb. Qapıçı sonuncu dəfə 2024-cü ilin sentyabrında meydana çıxıb.
"Valyodolid"lə oyun Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net