Menyu

"Ludoqorets" "Zirə"nin hücumçusunu istəyir

Əziz Əzizli
"Ludoqorets" "Zirə"nin hücumçusunu istəyir

Bu mövsüm çıxışı ilə bir çox klubların diqqət mərkəzinə düşən Salifu Sumanı Bolqarıstan klubu "Ludoqorets" yaxından izləyir.

Africanfoot.com saytının məlumatına görə Bolqarıstan çempionu yayda qvineyalı hücumçunu transfer etmək istəyəcək. 

Məlumata görə klub "Zirə"yə hücumçu ilə bağlı təklif göndərməyə hazırlaşır.

"Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Operativ Media-nın transfer təklifi ilə bağlı sorğusunu cavablandırıb.

“Transfer dönəmi yaxınlaşdıqca əksər futbolçuların harasa keçidi haqda məlumatlar yayılır. Salifu Suma da daxil olmaqla hər-hansı futbolçumuz haqda rəsmi məlumat olacağı halda bu haqda klubumuzun saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.”

Qeyd edək ki, "Transfermarkt" saytı 21 yaşlı futbolçunun dəyərini 850.000 avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər