Azərbaycan Taekvondo Federasiyası İordaniyadakı humanitar idman festivalında təmsil olunub
Əziz Əzizli
Aprelin 30-da İordaniyanın Amman şəhərində Dünya Taekvondosu və Taekvondo Humanitar Fondu tərəfindən qaçqın idmançılar üçün təşkil olunan 3-cü “Ümid və Arzular” İdman Festivalının açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Dünya Taekvondosunun və Taekvondo Humanitar Fondunun prezidenti Çunqvon Çonun dəvəti ilə mərasimdə iştirak edib.
Bir sıra dünya idman rəsmilərinin qatıldığı festivalda müxtəlif idman növləri üzrə maraqlı çıxışlar nümayiş olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma