Menyu

"Prezident Kuboku-2025”: Avarçəkmə üzrə ikinci yarış gününə start verildi

Əziz Əzizli
"Prezident Kuboku-2025”: Avarçəkmə üzrə ikinci yarış gününə start verildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış günü başlayıb.

Operativ Media xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda komandalar müxtəlif məsafələr üzrə kayak, kanoe və akademik avarçəkmə növündə qüvvələrini sınayırlar.

Reqatada Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar mübarizə aparırlar.

Ötən gün Suqovuşanda start götürən turnirdə Azərbaycan avarçəkənlərindən Amil Ramazanov (2007), Əlimurad Hacızadə (2009) və Mustafa Vəlizadə (2011) birnəfərlik kayak qayığında bürünc medala layiq görülüblər.

Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər