"Neftçi" kubok tarixində 40-cı heç-heçəsini etdi
Əziz Əzizli
“Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub. 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub.
Operativ Media xəbər verir ki, paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.
“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.
Qeyd edək ki, “ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net