Flik: "Pedri indi ən yüksək səviyyədə oynayır"
Əziz Əzizli
"Barselona"nın baş məşqçisi Hansi Flik La Liqanın 33-cü turunda "Malyorka" üzərində 1:0 hesablı qələbədən sonra yarımmüdafiəçi Pedrinin çıxışını dəyərləndirib.
Operativ Media xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.
"Pedri indi yüksək səviyyədə oynayır. Həm də təkcə komandamız topa malik olanda deyil, həm də müdafiədə. Bu, təkcə ona deyil, Olmoya da aiddir. Komandamızda belə oyunçuların olması bizi sevindirir. Həmçinin yeni oyunçuların komanda yoldaşları ilə tez bir zamanda ümumi dil tapması vacibdir və bunu görmək çox xoşdur"
Qeyd edək ki, "Barselona" hal-hazırda İspaniya çempionatının lideridir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net