Avropa çempionatında Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu
Əziz Əzizli
Aprelin 22-də Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Qeyd edək ki, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) fərdi yarışlarda təmsil edəcək. Ölkəmiz həmçinin qarışıq komanda yarışında da çıxış edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Kişilər
-60 kq
1/16 final
Əhməd Yusifov - İzhak Aşpiz (İsrail)
Turan Bayramov - Ceyms Zahra (Malta)
-66 kq
1/16 final
Ruslan Paşayev - Boyan Yotov (Bolqarıstan)
-73 kq
1/16 final
Rəşid Məmmədəliyev - Benjamin Levi (Böyük Britaniya)
-81 kq
1/16 final
Zelim Tçkayev - Orelyen Bonferroni (İsveçrə)
Ömər Rəcəbli - Jon Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi ilə
-90 kq
1/16 final
Murad Fətiyev - Aleksandr Sidorik (IJF)
-100 kq
1/8 final
Zelim Kotsoyev - Simeon Georgiadis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi ilə