Azərbaycan Kubokunda final oyununun vaxtı dəyişdirildi
Əziz Əzizli
2024/25 mövsümü Azərbaycan kubokunda final oyununun vaxtı dəyişib.
Operativ Media xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının məlumatında bildirilir.
Qeyd edilib ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.
Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib.
Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 1 iyunda deyil, 31 may tarixində keçiriləcək.
Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net