Argentina çempionatında 14-cü turun oyunları təxirə salındı
Əziz Əzizli
Futbol üzrə Argentina çempionatının 14-cü turunun 3 oyunu Roma Papası Fransiskin ölümü ilə əlaqədar başqa vaxt oynanılacaq.
Operativ Media xəbər verir ki, aprelin 22-nə keçən gecə baş tutmalı olan "Tiqre" - "Belqrano", "Argentinos Xuniors" - "Barrakas Sentral", "İndependiente Rivadavia" - "Aldosivi" matçları aprelin 23-nə keçən gecə baş tutacaq.
Qeyd edək ki, Papa argentinalı idi. O, aprelin 21-də 88 yaşında dünyasını dəyişib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma