Menyu

Qazaxıstan Türkiyəyə 1 milyon dollarlıq yardım ayırıb

Nərmin Qocamanlı
Qazaxıstan Türkiyəyə 1 milyon dollarlıq yardım ayırıb

Qazaxıstan episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağa qərar verib.

"Operativ Media" xəbər verir ki, Qazaxıstan Rəyasət Heyətindən verilən açıqlamada, prezident Kasım Cömert Tokayevin hökumətə Türkiyəyə 1 milyon dollar təcili yardım ayrılması barədə göstəriş verdiyi bildirilib.

“Həmçinin Qazaxıstanın səlahiyyətli qurumları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, - məlumatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər