Emin Mahmudov 250-ə çatdı
Əziz Əzizli
Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.
Operativ Media xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 31-ci turuna təsadüf edib. O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.
Emin Premyer Liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib. O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.
Qeyd edək ki, Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net