İran Türkiyəyə 10 təcili yardım qrupu göndərəcək
Nərmin Qocamanlı
İran Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrə dəstək olmaq üçün Türkiyəyə 10 fövqəladə müdaxilə qrupu göndərəcək/
"Operativ Media" xəbər verir ki, İranın Mehr Xəbər Agentliyinin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kulivend çərşənbə günü hər biri 8 nəfərdən ibarət 10 fövqəladə hallar qrupunun Türkiyəyə göndəriləcəyini açıqlayıb.
Kulivend bildirib ki, göndəriləcək İran Qızıl Ayparasının fövqəladə hallara müdaxilə qrupları da axtarış-xilasetmə avadanlıqları və yardım materiallarını özləri ilə aparacaqlar.
İranın göndərdiyi çadır və ərzaq paketləri kimi humanitar yardım materiallarını daşıyan hərbi yük təyyarəsi dünən Qaziantep hava limanına eniş edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net