"Turan Tovuz" üçün 30-cu heç-heçə
Əziz Əzizli
“Turan Tovuz” Azərbaycan çempionatlarında 30-cu heç-heçəsini edib.
Operativ Media xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 31-ci turunun “Araz-Naxçıvan”la görüşündə qeydə alınıb.
Qərb klubu 103-cü matçında 30-cu sülhə imza atıb – 1:1. Bu bərabərliklərdən 12-si evdə, 18-i səfərdə gerçəkləşib.
Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində ən azı 30 heç-heçə edən 23-cü komandadır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net