Menyu

"Araz-Naxçıvan" 100-cü qolu vurdu

Əziz Əzizli
"Araz-Naxçıvan" 100-cü qolu vurdu

"Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.

Operativ Media xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 31-ci turuna təsadüf edib.

“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.

“Araz-Naxçıvan” “100”ə 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər