Menyu

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Əziz Əzizli
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə start götürüb.

Ardınca Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb.

Sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardınca bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışda 39 ölkənin gimnastları mübarizə aparırlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər