Fələstində 4,8 bal gücündə zəlzələ baş verib
Nərmin Qocamanlı
Fələstində 4,8 bal gücündə zəlzələ baş verib
"Operativ Media" xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Nablusdakı Əl-Nəcə Əl-Vətani Universitetinin Zəlzələ Mərkəzinin direktoru Cəlal əl-Dubeyk zəlzələnin episentrinin Nablus şəhərindən 13 kilometr şimalda olduğunu açıqlayıb. Dubeyk 4,8 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini bildirib.
Zəlzələ Qüds, Ramallah və Nablus şəhərlərində hiss olunub.
Zəlzələ nəticəsində can itkisi və ya maddi ziyanın olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net