Menyu

Hesablama Palatası 83,4 milyon manat vəsaitin bərpa olunması barədə qərar qəbul edib

Hesablama Palatası 83,4 milyon manat vəsaitin bərpa olunması barədə qərar qəbul edib

83,4 milyon manat hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natural şəkildə bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində Hesablama Palatasının kollegiyası tərəfindən qərar qəbul olunub.

Operativ Media xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatda deyilir. 

21,2 milyon manat hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində birbaşa tədbirlər müəyyənləşdirilib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib. 

8,7 milyon manat hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 

Kənar Dövlət Maliyyə Nəzarəti Tədbirləri hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları qeydə alınıb ki, bu pozuntuların məbləği 461,6 milyon manata bərabər olub.

Teqlər:

"Hesablama Palatas\u0131 83 4 milyon manat v\u0259saitin b\u0259rpa olunmas\u0131 bar\u0259d\u0259 q\u0259rar q\u0259bul edib"

Əlaqəli Xəbərlər