Azərbaycan Ordusunun hərbi qulluqçusu avtoqəzada həlak olub
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib
Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.
Teqlər:
"Az\u0259rbaycan Ordusunun h\u0259rbi qulluq\u00e7usu avtoq\u0259zada h\u0259lak olub"